Telman İsmayılov 213 milyon dollar cərimələndi
Moskva Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “KBF AST” MMC şirkətinə qarşı 213 milyon dollarlıq iddia üzrə qərar çıxarıb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Xəbər verildiyi kimi Moskva Bankı “Ruslayn 2000” MMC ilə 2012-ci ilin sentyabr ayının 28-də bağlanmış kredit müqaviləsi üzrə borcun ödənməsini tələb edib. Cavabdeh kredit üzrə zamin kimi çıxış edib. Məhkəmə “KBF AST”nin kredit müqaviləsinin ağır olduğu üçün etibarsız sayılmasına dair iddiasını təmin etməyib.
Arbitraja iddia 14 iyul tarixində daxil olub, iddia tələblərinin əsası hal-hazırda məlum deyil. Üçüncü şəxs kimi işə Britaniya, Vircinya adalarında qeydiyyatdan keçmiş ofşora aid olan “Ruslayn 2000” MMC cəlb edilib. Bu şirkətin əsas fəaliyyət növü daşınmaz əmlakın idarəsidir.
Mənbə:> Oxu.Az