Telman İsmayılovdan 213 milyon dollar tələb edirlər
Moskva Arbitraj Məhkəməsi VTB qrupuna daxil olan “Bank Moskvı”nın azərbaycanlı iş adamı Telman İsmayılovun AST qrupuna daxil olan “KBF AST” MMC şirkətinə qarşı 213 milyon dollardan artıq məbləğin alınmasına dair iddialar üzrə dinləmələri oktyabrın 6-na təyin edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, iddia Arbitraj Məhkəməsinə iyulun 14-də daxil olub, iddia tələblərinin əsası hələlik məlum deyil və məhkəmə iddia üzrə ilkin dinləmələri avqustun 24-nə təyin edib. İşə üçüncü şəxs qismində “Ruslayn 2000” MMC cəlb olunub.
“Bank Moskvı” eyni zamanda cavabdeh şəxsin əmlakına həbs qoyulması şəklində təminedici tədbirlərin görülməsi iddiası ilə ərizə verib, lakin məhkəmə iddiaçının xahişini əsassız sayıb.
AST şirkətlər qrupuna nəzarət edən və Rusiyanın zəngin biznesmenləri reytinqinə daxil olan sahibkar İsmayılov, 2009-cu ildə öz əsas aktivi – paytaxtda ən iri kiçiktopdan satış mərkəzi olan Çerkezov bazarının fəaliyyətinə dair hüquq-mühafizə orqanalrı tərəfindən irimiqyaslı iddialar ilə qarşılaşıb. Bazar sanitar nəzarət orqanlarının oarda çoxsaylı qayda pozuntuları aşkar etdikdən sonra bağlanıb.
Mənbə:> Oxu.Az