Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur

Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur


Çerkizov bazarının sabiq sahibi, müflis elan olunmuş azərbaycanlı biznesmen Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur.

Oxu.Az-ın məlumatına görə, bu barədə Moskva Arbitraj Məhkəməsinin bu gün qəbul etdiyi qərarda bildirilir.

“Müflisləşmə haqda ərizənin baxılması anında borclunun aşağıda göstərilən əmlakı qeydə alınıb: 13,9 milyon rubl məbləğində kadastr dəyəri olan torpaq sahəsi (Moskva vilayəti, Odintsovo rayonu, Skolkovo kəndi); nağd pul vəsaitləri - 25 min rubl; kredit müəssələrində vəsaitlər - 88,79 rubl və 28,77 dollar”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, məhkəmə dekabrın 21-də vətəndaş Boris Zubkovun İsmayılovun müflis olmasına dair bəyanatını əsaslandırılmış hesab edib. Buna müvafiq olaraq məhkəmə borclu olan şəxsə qarşı restrukturizasiya prosesini tətbiq edib.

Qeyd edilir ki, Zubkovun iddiası məhkəməyə noyabrda daxil olub, bu işin çərçivəsində İsmayılov özü müflis olma proseduruna başlamaq bəyanatı verib.

Vətəndaş Zubkova olan borcun məbləği dəqiqləşdirilmir. İsmayılovun Moskva bankına borcunun məbləği 213 milyon dollardan ibarətdir.

Daha öncə Çerkizov bazarının sabiq sahibi, Forbes-in versiyasına görə, milyarder Telman İsmayılov Moskva vilayətinin Arbitraj məhkəməsinə müflis olmasına dair müraciət edib.

Məhkəmə müraciətin baxılmasını dayandırıb, belə ki, İsmayılov müflis olması haqqında müraciəti qanunun tələblərini pozaraq edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *