Xəzərin suyu çəkildi, İran limanı yararsız hala düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Xəzərin suyu çəkildi, İran limanı yararsız hala düşdü

Xəzərin suyu çəkildi, İran limanı yararsız hala düşdü

Rusiyanın son illər Volqa çayı üzərində qurduğu su anbarları çayın töküldüyü Xəzər dənizinin səviyyəsinin enməsinə səbəb olub. Artıq bu səbəbdən dənizin İrana aid hissəsində bəzi limanlar yararsız hala düşüb.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Xəzərin İran sahillərində sular 400 metrədək çəkilib. İranın şimal-şərqində yerləşən Gülüstan əyalətindəki Gez limanı istifadəyə yararsız hala düşüb, Türkmən şəhərindəki Türkmən limanı isə öz əvvəlki əhəmiyyətini itirib.

Xəzərin suyu çəkildi, İran limanı yararsız hala düşdü


Mənbə yazır ki, ətraf mühit və insan faktorunun təsirindən qurumaq təhlükəsi ilə üz-üzə qalan Xəzər dənizində sularının çəkilməsi Rusiyanın Volqa çayı üzərində su anbarlarını qurmasından sonra bir az da sürətlənib. Volqa çayı Xəzərin su ehtiyatının təxminən 85 faizini təmin etdiyindən bu suyun çəkilməsinə yol açıb.

Gez ərazisində 40-50 il əvvələ qədər mayak kimi istifadə olunan tikili sular çəkildiyindən artıq adi qüllə rolunu oynayır.

Gülüstan Liman və Dənizçilik İdarəsinin sədri Allahyar Əsədi bildirib ki, limanların olduğu bölgədə artıq suyun səviyyəsi təxminən 70 sm enib və sular 400 metr geri çəkilib. Onun sözlərinə görə, buna səbəb Rusiyanın Volqa çayı üzərində iki iri su anbarı tikməsidir: “Xəzərin suyunun çəkilməsi bir sıra vacib məsələləri gündəmə gətirir. Əgər bu proses davam edərsə, Xəzər dənizindəki Gürgan körfəzi quruya bilər. Bu körfəzin quruması isə əyalətdə qum fırtınasına yol açacaq. Bundan əlavə, bir sıra təbii fəlakətlərin olması da qaçılmazdır”.

Xəzərin suyu çəkildi, İran limanı yararsız hala düşdü


Əsədi həmçinin bildirib ki, İranın Gülüstan əyalətinin 131 kilometr sahil zonası var. 100 il əvvəl İmam Xomeyni (Şahpur) limanına gələn mallar Türkmən limanı vasitəsilə Bakı limanına göndərilərək SSRİ ilə ticarət əlaqələri qurulurdu. Suların çəkilməsindən sonra isə həmin ərazilər qumsallıqlara çevrilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *