Xəzərin o tayında, zənginlər qəsəbəsində... PİS YAŞAMIRLAR
Xəzər dənizinin təkcə Azərbaycan sahili zənginlərin və oliqarxların dəbdəbəli malikanələri tərəfindən hasarlanıb malikanələr ucaldılmayıb. Dənizin o tayında da vəziyyət təxminən belədir.
Virtualaz.org xəbər verir ki, Qazaxıstanın Xəzər sahilindəki Aktau şəhərinin zənginlər yaşayan elit rayonundan NUR.kz saytı fotoreportaj dərc edib. Ağlasığmaz gözəllikdə malikanələr, adam gözə dəyməyən sakit küçələr, mühafizə məntəqəsi, yüksək hasarlar-bütün bunlar Xəzərin lap sahilində yerləşən “Samal” rayonundan mənzərələrdir.
Amma bu rayona kənar şəxslərin girişi qadağan deyil. İstənilən şəxs zənginlər yaşayan bu rayonun sakit küçələrində gəzib dolaşa bilər. Hərçənd küçələrdə adamlar gözə dəymir. Çünki küçələr ensizdir və ancaq avtomobillərin hərəkəti üçün nəzərdə tutulub, piyada səkiləri yoxdur. Bu elit yaşayış rayonu 2000-ci illərin əvvəllərindən salınıb. Prezident Nursultan Nazarbayevin Aktau rezidensiyası da bu ərazidədir. Burada evlərin qiyməti əlbətdə ki, milyonlarla dollarla ölçülür. Ən ucuz ev 1-2 milyon dollaradır. Azərbaycan, İran və Türkiyənin Aktau konsulluqları da “Samal” rayonundadır.
Mənbə:> Virtualaz.org