Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?

Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?

Xəbər verdiyimiz kimi Rusiya Müdafiə Nazirliyi prezident Vladimir Putinin bu ilin martında təqdim etdiyi supersilahlardan biri-hipersəs sürətli “Xəncər” (“Kinjal”) raketi ilə silahlanmış MiQ-31 qırıcılarının Xəzər dənizi üzərində aprel ayından etibarən döyüş növbətçiliyi çəkdiyini açıqlayıb. Müdafiə Nazirliyi bunun “strateji çəkindirmə tədbirləri” çərçivəsində edildiyini bildirib. Lakin aydın deyildi ki, 2 min kilometr mənzilli və əsasən ABŞ-ın təyyarədaşıyan gəmilərini sıradan çıxarmaq üçün nəzərdə tutulan raketi daşıyan qırıcıların Xəzər dənizi akvatoriyasında uçmasının strateji çəkindirmə ilə nə əlaqəsi var. Axı bu regionda ABŞ təyyarədaşıyanları yoxdur.

Virtualaz.org xəbər verir ki, “Nezavisimaya qazeta”nın hərbi əlavəsinin ( “Nezavisimaya voennoe obozreniya”) məsul redaktoru Vladimir Şerbakov Xəzər dənizi üzərində döyüş növbətçiliyinə daxil edilən “Xəncər” raketinin potensial hədəflərindən birinin İran ola biləcəyini yazıb. “Xəncər zərbəsi”inə iddia edənlər arasında redaktora görə İranla yanaşı Əfqanıstan, İsrail, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə də yer alır. Habelə həmin ölkələrin ərazisində yerləşən Amerika hərbi bazaları potensial hədəfdir.

Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?


Müəllif qeyd edir ki, doğrudan da “Xəzər dənizi akvatoriyası üzərində növbətçilik” Rusiya hərbi-siyasi rəhbərliyinin “Xəncər” raketinin əsas potensial qurbanı hesab etdikləri Amerika aviadaşıyıcı və gəmi zərbə qruplaşmalarına qarşı strateji çəkindirmə baxımından heç bir mənası yoxdur. Çünki raketin uçuş məsafəsi 2 min kilometrdən bir qədər çoxdur. Xəzər üzərindəki ən yaxın nöqtədən ABŞ təyyarədaşıyan qruplaşmasının mövqe tuta biləcəyi Fars körfəzinə qədər məsafə 2.5-3 min kilometr təşkil edir.

Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?


Doğrudur, “Xəncər” daşıyan Rusiya qırıcıları məsafəni yaxınlaşdırmaq üçün Azərbaycanın və ya İranın ərazi sularında növbə çəkə bilər. Lakin müəllif qeyd edir ki, Bakı və Tehranın bundan məmnun qalacağı çətin məsələdir. Hərçənd müəllifin fikrincə söhbət Rusiya-ABŞ hərbi qarşıdurmasından gedəcəksə başqa ölkələrin hava məkanından istifadə ilə bağlı icazə də heç kim soruşası deyil.

Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?


Müəllif qeyd edir ki, ABŞ təyyarədaşıyan qruplaşmasının və NATO gəmilərinin daim növbə çəkdiyi Aralıq dənizində hədəfləri vurmaq üçün “Xəncər” daşıyan qırıcıların Xəzər dənizi üzərində yox, Qara dəniz üzərində növbə çəkməsi daha məqsədəuyğun olardı. İrana, Əfqanıstana və yuxarıda adı çəkilən digər ölkələrə zərbə endirmək üçün isə Xəzər dənizi üzərində növbətçilik tam yerinə düşür. “Xüsusən də bir çox ekspertlər bildirir ki, Suriya məsələsində İranla Rusiyanın arasında bəzi ciddi fikir ayrılıqları meydana çıxıb”-müəllif bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *