"Şeremetyevo" hava limanında təyyarə bir nəfəri vuraraq öldürüb
Rusiyanın Şeremetyevo hava limanının uçuş-eniş zolağında "Boeing 737" təyyarəsinin havaya qalxmasından sonra kişi meyiti aşkar edilib. Bu barədə RİA “Novosti"yə təcili xidmətlərdəki mənbə bildirib.
Agentliyin sözçüsü deyib ki, kişinin bədənində mexaniki xəsarətlərin izləri aşkar edilib.
Hava limanının nümayəndəsi uçuş-eniş zolağında meyitin tapılmasını təsdiq edib və kimliyinin təyin edildiyini bildirib.
Hadisə yerinə uçuşların axtarış və qəza-xilasetmə təminatı xidmətləri, fəlakətlər üzrə tibb mərkəzinin briqadaları, təcili yardım briqadaları, aviasiya təhlükəsizliyi xidməti və nəqliyyat polisi cəlb edilib.
Mənbə:> Virtualaz.org