“Ağıllı” corab da çıxdı – VİDEO
Tayvanın “HTC” şirkəti “RE SOK” adlı dünyanın ilk “ağıllı” corablarını təqdim edib.
ANS PRESS-in məlumatına görə, ayaqda daşınan geyim elementi kiçikölçülü ekranla təchiz edilib. Ekran qoşulmuş qurğudan bildirişi göstərir. Bu barədə ICTnews elektron xəbər xidməti bildirir.
“HTC” şirkəti “RE SOK” qurğusunu “GPS” modulu ilə təchiz edib. Bunun nəticəsində itirilmiş corabları tapmaq asanlaşacaq. Corabdakı cırıqların axtarışı üçün ötürücülər dəsti də mövcuddur.
Corablar səndəllərdən başqa, istənilən ayaqqabı ilə tam uyğunlaşır.
“Ağıllı” corablar müxtəlif rəng həllərində təqdim edilib. Amma təəssüf ki, “RE SOK” smart corablarını yumaq olmaz.
Mənbə:> ANSPRESS