Nadirlə Natavan birləşdi- “Çaşmayın, ağıllı olun” » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Foto

Nadirlə Natavan birləşdi- “Çaşmayın, ağıllı olun” – FOTO

Nadirlə Natavan birləşdi- “Çaşmayın, ağıllı olun”


Məhərrəmlik ayında toyların olmamasından səmərəli istifadə edən müğənni Nadir Qafarzadə Rusiyada dincəlir.

AzNews.info Gecce.az-a istinadən xəbər verir ki,sənətçi paytaxtda olmamasından istifadə edərək onunla qalmaqal etmək istəyən şou nümayəndələrinə mesaj göndərib:

“Bir çox müğənnilər kimi mənim də gəlir yerim toylardır. Amma bildiyiniz kimi məhərrəmlik olduğuna görə toylar yoxdur. Bu fürsətdən istifadə edib, dincəlirəm. Amma dincəlməyə də imkan vermirlər. Adımı çəkib, reklam olunmaq istəyirlər. Mənsə heç kimi reklam etmək fikrində deyiləm. Amma bu o demək deyil ki, susuram. Heç kimdən çəkinmirəm. Sadecə ad çəkmirəm. Sadəcə deyirəm ki, ağıllı olsunlar. Çaşmasınlar. Bilsinlər ki, mənə maraqlı olan öz işlərimdir.

Kimisə reklam etmək mənim işim deyil. Hazırda Rusiyada dincəlirəm. Həmkarım Nətavan Həbibi də burdadır. Ona görə də bütün söz-söhbətlərdən kənar gəzmək istəyirəm. Hələ bir neçə gün burada qalmağı düşünürəm. İnşallah Bakıya qayıtdıqdan sonra yaradıcılığımda olan yeni işləri təqdim edəcəyəm. Xeyli mahnılar yazdırmışam. Düşünürəm ki, yeni mahnılarım əvvəl ifa etdiyim mahnılar qədər seviləcək”.

Qeyd edək ki, hazırda Rusiyada dincələn N.Qafarzadə həmkarı N.Həbibi ilə orada təsadüfən rastlaşıb. Bir neçə gündür ki, eyni şəhərdə olan məşhurlar fotolarını çəkərək “İnstagram” səhifələrinə qoyublar.

Nadirlə Natavan birləşdi- “Çaşmayın, ağıllı olun”
Nadirlə Natavan birləşdi- “Çaşmayın, ağıllı olun”

Mənbə: Gecce.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *