Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur... » AzNews.info -Xəbər portalı

Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur... – FOTO

Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...


Çəkdiyi rəsmlərlə medianın diqqətini cəlb edən, sosial şəbəkələrdə müzakirələrə səbəb olan azərbaycanlı rəssam Rauf Canıbəyov “Qafqazinfo”ya geniş açıqlama verib.

Özü və yaradıcılığı haqda danışan rəssam uşaqlıqdan rəssamlığa həvəsi olduğunu bildirib:

“1956-cı ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşam. Ailənin də yeganə övladıyam. Hələ kiçik yaşlarımda rəsmə və ümumiyyətlə incəsənətə həvəsim olub. Böyük rəssamların əsər reproduksiyalarına baxanda, valeh olurdum. Orta məktəbdə oxuduğum zaman bir kiçik qutu yağlı boya və bir neçə dənə fırça alıb başladım şəkil çəkməyə. O vaxtlar Bakıda rəssamlıq ləvazimatı tapmaq o qədər də asan deyildi. Şəkilləri faner, karton və hətta kağız üzərində çəkirdim. Təbii ki yağlı boya qruntsuz, yəni xüsusi astarsız olan bu kimi materialların üzərində dərhal solurdu.

Az sonra valideynlərim Moskva şəhərindən mənim üçün taxtadan düzəldilmiş etüd gutusu, yağlı boya toplaması, fırçalar və bir neçə dənə kiçik ölçüdə karton üzərinə çəkilmiş kətan alıb gətirdilər. Xoşbəxtlikdən qanadım çatmırdı uçmaqa.

Sonradan, katan bitdikdən sonra, mən aşkar etdim ki əvvəldən rənglənmiş səthlərdə boyalar daha yaxşı yatır və daha dolğun görsənirlər. Odur ki, rəsmlərimi başladım rənglənmiş faner üzərində çəkməyə. Sonra isə keçdim divarlara. Bizim köhnə evdə, arxa həyətə çıxan və istifadə olunmayan dəhliz var idi. O dəhlizin divarları yaradıcılıq üçün geniş imkanlar verirdi.

Orta mərtəbi bitirdikdən sonra, mən tibb institutuna daxil oldum. Hərdən vaxt tapanda işləyirdim. İnstitutda oxuyan zaman isə foto ilə daha dərindən məşğul oldum. Şəkil çıxarmaq üçün hər şeyim var idi. Şəkilləri özüm çəkirdim, özüm çıxarırdım. O zamanlar çox adam foto ilə bu cür məşğul olurdu.

Cərrah işlədiyim illərdə demək olar ki incəsənətdən tam aralandım. Böyük cərrahlıq mənim üçün əsas məqsədə çevirilmişdir ona görə də bütün vaxtımı və səylərimi məhz ona həsr edirdim. 2000-ci illərin əvvəllərində müəyyən səbəblərə görə, rəsmi kontrakt əsasında xaricə, ali dərəcəli mütəxəssis-cərrah vəzifəsində işləməyə getdim. Amma təəssüf ki, Bakıya qayıdandan sonra cərrah kimi özümə münasib daimi iş yeri tapa bilmədim. Nəhayət 30 illik təcrübən sonra cərrahlığı tərk etməyə məcbur oldum. 2010-cu ildən başlayaraq, əvvəllər çox sevdiyim incəsənətə və rəssamlığa qayıtmaq imkanı mənim üçün yenə də reallığa çevirildi”.

Bir müddət rəssamlıqdan uzaqlaşan Canıbəyov heç bir rəssamlıq təhsili olmadığını da vurğulayıb:

“Onu da demək lazımdır ki, mən heç zaman, bir gün də olsun, rəsm və ya incəsənət üzrə heç bir dərs almamışam və öz nəzəri təhsilimi kitab və internet vasitəsilə əldə etmişəm. Praktik məşğələm isə evdə, molbert qarşısında əksini tapıb, sınama və səhvlər yolu ilə. Əlbəttə, uğurlardan daha çox səhvlər olub. Bu cür təhsil hələ də davam edir. Mənim heç vaxt emalatxanam olmadığdan, hal-hazırda yaşadığım evdə işləyirəm və iş məkanım təqribən 1x2 metrəyə bərabərdir.

Onu da məmnuniyyətlə demək istəyirəm ki mənim işlərim internet və media səhifələrində bir neçə dəfə dərc olunub”.

Daha sonra rəssam sifarişli rəsmlər çəkməsə də, hazır əl işlərini satdığını da qeyd edib:

“Məndən tez-tez sifarişlə şəkil çəkib-çəkmədiyimi, əl işlərimi satıb-satmadığımı soruşurlar. Mən peşəkar rəssam deyiləm və çəkdiyim rəsmlər və boyalar, daxilimdən gələn və şüurumda əks tapan duyğularımın nəticəsidir. Məhz buna görə də sifarişlə işləmirəm.

Lakin hazır işlərimi almaq istəyənlər az deyil və şəkillərim vaxtaşırı satılırlar. Bundan başqa, hətta xaricdə kitab cildi üçün və poster-reproduksiya məqsədilə nəşr hüququ da alınıb. Hazırda rəsm və boyalarımın müəyyən hissəsi Azərbaycanda va xaricdə şəxsi kolleksiyalara məxsusdur.

İşlədiyim əsnada müraciət etdiyim referenslər və işlətdiyim modellər müxtəlifdir. Bunlar bütün dünyada və bütün rəssamlar tərəfindən referens kimi istifadə olunan natura, foto şəkil və yaxud şəxsi fantaziyadır. Lakin mən heç zaman başqa rəssamların əsərlərindən surət çıxarıb, altından adımı yazmamışam. Başqa sözlə desək, heç vaxt plaqiatla məşğul olmamışam. Çünki plaqiatı incəsənət xadiminə layiq olmayan hərəkət hesab edirəm”.

Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...
Azərbaycanlı cərrahın yeni rəsmləri- Emalatxanası belə yoxdur...

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *