Deputat xalqı müdafiə etdi və məmurlara qarşı çıxdı
Zamirə Hacıyevanın Londonda xərclədiyi 130 milyon pulla 1988-1993-cü illərdə şəhid olmuş bütün şəxslərin hamısının qanpulunu vermək olardı.
Bunu millət vəkili Zahid Oruc 2019-cu il büdcə müzakirələri zamanı şəhid qohumlarının Prezident Administrasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında keçirdikləri etiraz aksiyasını şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Prezidentin şəhid ailələri ilə bağlı fərmanı çıxandan sonra Səlim Müslümov açıqladı ki, bu fərman 8800 ailəyə şamil olunacaq: “Demək o, hesablamanı əvvəldən aparıbmış. Sığorta Fondunun əməkdaşı isə iki nimdaş dəftərlə insanların qarşısına çıxdı. O boyda qurum informasiya texnologiyalarının olduğu şəraitdə texniki baxımdan şəhidlərin sayını hesablaya bilməyib. Yaxud da deyirlər ki, kimsə şəhidinin 40-ı çıxmamış gəlib vəsaiti alıb. İndi də hüquqi varis məsələsini ortaya atıblar”.
Millət vəkili həmçinin çıxışında qeyd edib ki, 3 il əvvəl baş verən devalvasiya təkrar, bürokratik komitələrdən qurtulmağa kömək edib: “Bu il isə yenidən şişən aparatların şahidi oluruq. Hökumətin borcu aqrar sektoru inkişaf etdirməkdir, nəinki şişən aparatları genişləndirmək”.
Mənbə:> Virtualaz.org