Deputat: Şəhid ailəsi üçün 10 min manat azdır » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Deputat: Şəhid ailəsi üçün 10 min manat azdır

Deputat: Şəhid ailəsi üçün 10 min manat azdır


“Hərbi qulluqçular şəhid olarkən onların ailələrinə ödənilən sığorta haqqının məbləği 10 dəfə artırılmalıdır. Hesab edirəm ki, bu, dövlətin şəhid ailələrinə verdiyi ciddi yardım olar”.

Aznews.info xəbər verir ki, bu barədə AzVision.az-a millət vəkili Aydın Mirzəzadə deyib.

Bununla bağlı Milli Məclisdə məsələ qaldıran deputat bildirib ki, hazırda şəhidlərə dövlət tərəfindən ödənilən sığorta pulunun məbləği azdır:

“Bu məbləğ 10 min manatdır. Milli Məclisin son plenar iclasında sığorta haqqının 10 dəfə artırılmasını təklif etdim. Çünki qarşıdan büdcə müzakirələri gəlir. Çox istərdim ki, hökumət büdcə müzakirələri zamanı təklifimi nəzərə alsın”.

A.Mirzəzadə xatırladıb ki, oktyabr ayından başalayaraq, Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr keçiriləcək:

“Müzakirələrdə Maliyyə Nazirliyi qarşısında bu rəqəmin təsis edilməsini xahiş edəcəyəm. 10 min manat o qədər də böyük məbləğ deyil. Eyni zamanda şəhid ailəlidirsə, bu məbləğ ailə üzvləri arasında bölünür. Bu, çox az məbləğdir.

Nəzərə alsaq ki, il ərzində çox sayda şəhidimiz olmur. Bu baxımdan şəhid ailəsinə ödənilən sığorta məbləğinin 10 dəfə artırılaraq 100 min olmasını təklif edirəm. Bunun üçün Maliyyə Nazirliyinin xüsusi hesabında ehtiyatdan 10 milyon manat saxlanıla bilər. Bu, ciddi bir rəqəmdir. Şəhid ailəsi bu məbləği banka depozit qoya, özünün biznes fəaliyyətini genişləndirə, torpaq ala, mənzil şəraitini yaxşılaşdıra bilər. Bu dövlətin onlara çox ciddi yardımı kimi qiymətləndirə bilər”.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *