Milli Məclisdə şəhid ailələrinə verilən vəsaitin artırılması təklif edilib
Milli Məclisin deputatı Aydın Mirzəzadə şəhid ailələrinə verilən vəsaitin artırılmasını təklif edib.
Aznews.info xəbər verir ki, “Report”un məlumatına görə, o, parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırmaq lazımdır:
“Şəhid ailələri dövlətin diqqətindədir. Onlara verilən vəsait artırılmalıdır. Maliyyə Nazirliyi üzərinə düşən işi yerinə yetirməlidir”.
Deputat Adil Əliyev də vəsaitin artırılmasının vacibliyini vurğulayıb.
Mənbə:> Report.az