Əlil və şəhid ailələrinə ev verildi – FOTO
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iştirak edib.
S.Müslümov yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edib, onlara bu mənzillərdə xoşbəxt və firavan həyat sürməyi, vətən üçün layiqli övladlar böyütməyi arzulayıb.
Mənbə:> Oxu.Az