Nazir: İtkin düşmüş şəxslərlə bağlı fərman 8800 nəfərə şamil ediləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazir: İtkin düşmüş şəxslərlə bağlı fərman 8800 nəfərə şamil ediləcək

Nazir: İtkin düşmüş şəxslərlə bağlı fərman 8800 nəfərə şamil ediləcək


Prezidentin şəhid olmuş və itkin düşmüş şəxslərlə bağlı fərmanı 8800 nəfərə şamil ediləcək.

Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib:

“Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür”.

Nazir qeyd edib ki, bazalarda müxtəlif kateqoriyadan olan 12 737 nəfər şəhid ailəsi var. Məlum olub ki, hərbi qulluqçu kimi şəhid olanların sayı 8 714 nəfərdir:

“Bazada olan rəqəmlərə görə isə 7 605 nəfəri 1997-ci ilin 2 avqust ayına kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci ilin 2 avqustundan sonra da vəfat edən şəxslər var ki, hansı ki döyüşlər zamanı yaralanıb və s. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür.

Təxmini hesablamalarımıza görə, bu fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq. Vətəndaşlar artıq bu gündən başlayaraq sənədlərini toplaya bilərlər. Fərmanın icrası vaxt məhdudiyyətindən söhbət gedə bilməz.

Fərmanın icrası bir il də, iki il də davam edə bilər. Sənədlər elektron şəklində deyil, kağız formasında olacaq. Çünki vətəndaşların hamısında elektron imza yoxdur”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *