Nazir şəhid ailələrinə olunacaq yardımları AÇIQLADI – VİDEO
Şəhid olan hərbçilərin mövcud əmək haqlarına uyğun olaraq qanuna görə ailəsinə əmək pensiyası müəyyənləşəcək.
ATV.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəhid ailələlərinə olunacaq yardımlarla bağlı açıqlamasında bildirib:
“Hərbçi kimi aldıqları maaş yüksəkdir, onlar arsında şəhid olan varsa, ailələrinə, əgər övlad varsa, 18 yaşına çatmamış, əyani təhsil alan varsa, 23 yaşına qədər və ya əlil olan övladları varsa, yaşından asılı olmayaraq, onlar üçün şəhid olan hərbçinin mövcud maaşına uyğun olaraq qanuna görə, əmək pensiyası müəyyəndiriləcək. Bundan başqa bütün şəhid ailələri üçün 220 manat prezidentin sərəncamı ilə müəyyənləşdirilən təqaüd veriləcək. Qanunvericilikdə nə güzəşt varsa, o ediləcək”.
Mənbə:> ATV.az - Günay Məryəm