Cinsi əlaqə arıqladır? - Çəki azaltmaqla bağlı 5 doğru bilinən yanlış – FOTO
Çəki azaltmaqla bağlı bəzi iddialar təsdiqini tapmayıb.
Milli.Az Muscle boost Baku-ya istinadla çəki atmaqla bağlı doğru bilinən yanlışları təqdim edir:
Mif 1. Seks arıqladır.
Araşdırmalara görə, 6 dəqiqəlik seks zamanı orta yaşlı insan cəmi 20 kalori yandırır ki, bu da televizora baxan zaman sərf edilən kaloridən 14 kkal. çoxdur.
Mif 2. Squat hərəkəti ombaya mükəmməl görüntü verir.
Düzdür, squat hərəkəti ombanın ölçülərinin müsbətə doğru dəyişməsinə kömək edir, amma arxa hissədəki piyləri əritmək üçün təkcə squat yetərsizdir.
İri ombaya sahib olmaq üçün squatla bərabər başqa ayaq hərəkətləri də etmək vacibdir.
Mif 3. Arıqlamaq üçün şəkər və içki qəbulunu dayandırmaq, ancaq yaşıl yarpaqlı qidalar yemək lazımdır.
Tanınmış dietoloq Camilla Akerberq bildirib ki, şəkəri menyudan çıxartmaqdansa, fast foodlardan uzaqlaşmaq lazımdır. Əgər insan fast-fud, qızardılmış yeməklər yeməsə, normal miqdarda şəkər qəbul etsə, kökəlməz.
Mif 4. Yaxşı nəticə üçün reallaşa biləcək çəkinin xəyalını qurun.
Qarşısına yaxşı nəticə əldə etmək üçün, reallaşmağı çətin ola biləcək hədəflər qoyanların daha çox uğur əldə etdiyi müəyyən edilib.
Mif 5. Sürətli çəki itirirsinizsə, qısa zamanda yenidən kökələcəksiniz.
Dietoloqların dediyinə görə, arıqladıqdan sonra da normal şəkildə qidalananlar çəkilərini sabit saxlaya bilirlər.
Mənbə:> Milli.az