Dietoloq məktəblilərlə bağlı çağırış etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, Təhsil

Dietoloq məktəblilərlə bağlı çağırış etdi

Dietoloq məktəblilərlə bağlı çağırış etdi


Artıq yeni tədris ili başlayıb. Hər bir valideyn övladının dərslərini yaxşı mənimsəməsi üçün çalışır.

Oxu.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, valideynlər istədiklərinə nail olmaq üçün uşaqların qidalanma rejiminə xüsusi diqqət yetirməlidirlər.

Çünki məktəblilərin gün ərzində qəbul etdikləri qidalar onların sağlamlığı ilə yanaşı, zəka və qavrama potensialına da təsir göstərir. Uşaqlar səhər yeməyində mütləq yumurta, süd, pendir, axşam isə ət və yaxud zülalla zəngin paxlalı bitkilər yeməlidirlər.

İbtidai sinif şagirdlərinin məktəbə apardıqları yemək çantasına xüsusi fikir verilməlidir. Çantaya meyvə, süd və evdə hazırlanmış sendviç, şirniyyat qoymaq olar. Uşaqlara hazır qidalar yedirtmək olmaz.

Enerji və qida dəyəri yüksək olan fındıq, qoz, badam kimi çərəzlər, quru ərik, əncir, üzüm kimi qidaların məktəb çantasında olması faydalıdır.

Dietoloq Tutu Zeynalova bildirib ki, uşaqlar dərsə gedən zaman mütləq səhər yeməyi yeməlidirlər:

“Məktəbli uşaqların valideynlərinə kiçik bir çağırış etmək istəyirəm ki, uşaqlarınızın qidalanmasına xüsusi diqqət yetirin. Onlar dərsə gedəndə cibinə qoyduğumuz pula arxayn olub, dərs saaatlarında yedikləri qidalardan xəbərsiz oluruq. Düzgün qidalanmamaq uşaqların piylənməsinə də səbəb olur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər beş uşaqdan birində çəki problemi var”.

Tutu Zeynalova qeyd edib ki, uşaqların yemək çantasına qoyulması zəruri olan qidaları da açıqlayıb:

“Yemək çantasına süd məhsullarından birini, eyni zamanda, banan, naringi, alma, armud kimi meyvələr qoyulmalıdır. Ağ undan hazırlanan məhsullardan imtina edib, yulaf unundan hazırlanmış məhsullar, kəpəkli undan hazırlanmış sendviç ola bilər. Çərəzlər, xüsusilə badam yemək mütləqdir. Hər gün bir ovuç badam yeyən şagirdlər dərslərini daha mükəmməl qavrayırlar. Meyvəli süd və mütləq su qoyulmalıdır”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *