Androloq: Azərbaycanlı qadınların əksəriyyəti cinsi istəksizlikdən şikayət edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Androloq: Azərbaycanlı qadınların əksəriyyəti cinsi istəksizlikdən şikayət edir

Androloq: Azərbaycanlı qadınların əksəriyyəti cinsi istəksizlikdən şikayət edir

Son illərin müşahidə və araşdırmaları onu göstərir ki, cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Söhbət təkcə xarici ölkələrdən getmir. Tibb işçiləri deyirlər ki, Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında hər il artım qeydə alınır. Bunu apteklərin satıcıları, androloq həkimlər də təsdiqləyirlər. İşin maraqlı tərəfi bundadır ki, bu dərmanlardan istifadə edənlər sırasında kişilərlə yanaşı, qadınlar da var.
Məsələ ilə bağlı Modern.az saytının suallarını tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev cavablandıraraq bildirib ki, qadınlar daha çox cinsi istəksizlikdən, ağrılı cinsi əlaqədən, uşaqlıq yolunun quruluğundan olan şikayətlərlə bağlı müraciətlər edirlər:

“Qadınların belə problemlər yaşamasına əsas səbəbkarlar kişilərdir. Kişidə cinsi əlaqəyə girmə ehtimalı 2 dəqiqənin ərzində ola bilir. Ancaq qadında bu məsələ bir az başqa cürdür.

Qadında ön sevişməni bir az uzatmaq və onu cinsi fəaliyyətə hazırlamaq lazımdır. Bu hazırlığın olmaması qadını incidir və qadında cinsi əlaqəyə nifrət yaradır. Digər tərəfdən də qadınlar toy gecəsi olan ağrılara görə, sonralar bir növ cinsi əlaqədən küsürlər. Mentalitet baxımından qadınları toy gecəsi qorxudur. O vaxtdan da qadının psixologiyasında ağrılı cinsi əlaqə kimi mif yaranır.

Biz belə qadınları ailəvi olaraq qəbul edirik. Onun həyat yoldaşına müəyyən bir şeyləri başa salırıq ki, qadınla necə davranmaq lazımdır. Çünki Azərbaycan qadını bir az fərqli düşünür. Cinsi əlaqədə bir az utancaqdırlar. Qadınlarda cinsi istəksizliyin olması hər hansı bir xəstəliyin nəticəsi olaraq yaranır. Əgər məsələ psixoloji deyilsə, öncə həmin xəstəlik müalicə olunmalıdır”.

Rauf Rzayev deyib ki, adətən, 30 və 40 yaşına qədər olan qadınlar ona daha çox müraciət edir:

“Qadın klimaksa düşəndən sonra onda cinsi istək azalır. Bizə klimaksdan sonrakı qadınlar da müraciət edirlər. 45-50 yaşlı qadınlar. Cinsi istəksizlikdən və uşaqlıq yolunun quruluğundan şikayətlənirlər.

Yəni normal qadın cinsi əlaqədə olub, orqazma düşməlidir. Orqazma düşən qadın çox mülayim bir xanıma çevrilir. Həmin qadın kişini və vətəni sevər. Pozitiv olar. Ancaq cinsi əlaqədə orqazma çatmayan qadın isə çox acıqlı və aqressiv olur. Normal cinsi əlaqəyə girməyən və orqazma çatmayan qadınlarda nevroz başlayır. Nevroz da digər xəstəliklərin yaranmasına səbəb ola bilir. Ən yaxşı stresdən çıxmaq yolu seksdir. Hətta seks qadının çəkisini də azaldır. Çünki seks zamanı çoxlu kalori ifraz olunur. Həm də qadını digər xəstəliklərdən qoruyur.

Seks immuniteti artırır və qadını depressiyadan çıxarır. Əgər bir insanda stress varsa, digər xəstəliyin yaranması üçün zəmin var”.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *