“ABŞ prezidenti ilə “Ağ Ev”də cinsi əlaqədə oldum” – FOTO
“Prezidentin qızı” adlı kitab da yazmışdı. O, öz kitabında prezident Hardinq ilə Ağ Evdə cinsi əlaqəyə girməsindən də danışıb.
Keçmiş ABŞ prezidenti Varren Hardinqin ölümündən 92 il sonra sevgilisi Nan Brittondan bir qızı olduğu ortaya çıxıb.
Genetik testlər həmin qızın keçmiş ABŞ prezidenti Varren Harinqin qızı olduğunu sübut edir.
Brittondan və qızı Ann Blessing
Yelizaveta Ann Blessing Hardinq prezident seçilməzdən bir il əvvəl anadan olub.
BBC türkcənin verdiyi məlumata görə Ann Blessing özünü keçmiş ABŞ prezidenti Varren Hardingin qızı olduğunu iddia edib. Lakin çoxları ona inanmayıb.
Qızın anası Nan Britton qızının atasının Varren Harding olduğunu sübut etmək üçün “Prezidentin qızı” adlı kitab da yazmışdı. O, öz kitabında prezident Hardinq ilə Ağ Evdə cinsi əlaqəyə girməsindən də danışıb.
Varren Hardinq
Prezident seçildikdən 3 il sonra, 1923-cü ildə 57 yaşında ürək xəstəliyindən dünyasını dəyişən Hardinq ABŞ tarixində ən nüfuzsuz prezident kimi yadda qalıb. Hardinq öldükdən sonra qızına heç bir miras qoymamışdı.
Nəzərinizə çatdırırıq ki, özünü Hardinqin qızı adlandırmış Yelizabeta Ann Blessinq 2005-ci ildə həyata gözlərini yumub.
Mənbə:> 7news.az