Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib – VİDEO

Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib

Bakıda restoranlardan birində müştərilərə oxatan kirpi əti verilib.

Xəzər TV-nin məlumatına görə, bunu təsdiq edən video müştərilər tərəfindən çəkilərək YouTube portalına yüklənib.

Görüntülərdə onlar kirpi kababının dadlı olduğunu deyirlər.

Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir.

Restoran adminstratorunun sözlərinə görə, həmin videogörüntü xeyli əvvəl çəkilib. Restorana kirpi əti isə ovçular tərəfindən gətirilib.

Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı “Qırmızı kitab”a salınıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması artıq 10 ilə yaxındır ki, qadağandır.

Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla qarşılaşanda mütləq nazirliyin 168 saylı çağrı mərkəzinə məlumat versinlər.

Nazirlik tərəfindən məsələ araşdırılacaq, əgər fakt təsdiqini taparsa, lazımi tədbirlər görüləcək.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *