Bakının mərkəzində yolun səki hissəsi çökdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto, Foto, Video

Bakının mərkəzində yolun səki hissəsi çökdü – VİDEO + FOTO (YENİLƏNİB)

Bakının mərkəzində yolun səki hissəsi çökdü

Səməd Vurğun küçəsində inşa edilən yaşayış binasının tikintisi zamanı yolboyu səki kənarında istinad divarları çəkilib.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında binanı inşa edən şirkətin – “Pilot İnşaat-A” MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.

Onun sözlərinə görə, yolun çökməsi yağışın yağması ilə əlaqəlidir:

“Şirkət tərəfindən tikinti boyunca istinad divarı çəkilib. Fikrimizcə, piyada səkisinin çökməsi yağış sularının borular vasitəsilə axıdılması və müəyyən qədər torpağı yumasıdır. Nəticədə bu cür hadisə baş verib”.

15:44

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.

Oxu.Az-ın məlumatına görə, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Hazırda tikinti şirkəti tərəfindən yolun bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, küçədə eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb:

“Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.

Anar Nəcəfli qeyd edib ki, hazırda əraziyə dəymiş ziyanın məbləği hesablanır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *