Bakıda köhnə tikilidə insan skeleti tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda köhnə tikilidə insan skeleti tapıldı

Bakıda köhnə tikilidə insan skeleti tapıldı


Bakıda fəhlələr köhnə qanunsuz tikilini sökərkən insan sümüklərini aşkar ediblər.

AzNews.info xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilir ki, fəhlələr Şüvəlan qəsəbəsində köhnə tikilini sökməyə hazırlaşarkən, içəridə insan skeletinə rast gəliblər. Patoloqoanatomlar skeletə baxış keçirən zaman məlum olub ki, sümükləri aşkar olunan insan təxminən 3 ay əvvəl ölüb.

Məlumat bazasını araşdırarkən məlum olub ki, bu ilin iyul ayında Mərdəkan qəsəbəsi sakini, 1931-ci il təvəllüdlü Ağabala Şərifov itkin düşüb. Məlumatlar tutuşdurulan zaman skeletin məhz Şərifova aid olduğu təsdiqini tapıb.

Hazırda yaşlı kişinin ölüm səbəbi araşdırılır. İstintaq 87 yaşlı Mərdəkan sakininin Şüvəlandakı köhnə tikiliyə niyə və necə gəldiyini müəyyən etməyə çalışır.

Mənbə: Sputnik Azərbaycan
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *