Deputat Vahid Əhmədov: "Rüfət Aslanlı normal insan deyildi" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Deputat Vahid Əhmədov: "Rüfət Aslanlı normal insan deyildi"

Deputat Vahid Əhmədov: "Rüfət Aslanlı normal insan deyildi"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının fəaliyyətini kəskin tənqid edib.

Virtualaz.org-un məlumatına görə, deputat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv olunub.

"Mən Palatanın fəaliyyəti ilə bağlı məsələ qaldıranda bəzi deputatlar mən qarşı çıxırdılar. Amma mən haqlı idim. Palata 2 ildən artıq fəaliyyət göstərsə də, maliyyə sektorunda yalnız son 6 ayda-baş icraçı direktor İbrahim Alışovun rəhbərliyi dövründə dirçəlmə olub. Həftədə 2-3 dəfə onunla görüşürəm. Dollarda götürülmüş kreditlərlə bağlı problemlər var. Normal adamla normal danışmaq olur. Yoxsa Rüfət Aslanı... öz adı altında şərabı buraxdırmışdı, özünə 65 min manat maaş yazdırmışdı. Hesab edirəm ki, Prezident onunla bağlı düzgün qərar verdi", - deyə deputat vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *