Azərbaycanda hansı məmur 65000 manat maaş alır? » AzNews.info -Xəbər portalı

Azərbaycanda hansı məmur 65000 manat maaş alır?

Azərbaycanda hansı məmur 65000 manat maaş alır?


Maliyyə bazarlarına nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının aylıq gəliri 65000 manatdan ibarətdir.

AzNews.info haqqin.az-a istinadən xəbər verir ki, bu barədə dövlət strukturunun məvacib sənədinə istinadən Moderator.az məlumat yayıb.

Bundan başqa Rüfət Aslanlının müavini ayda 38 min manat, Palatanın icraçı direktoru isə 18 min manat alır. Dövlət strukturunun departament direktorları ayda 10 min manat, sıravi əməkdaşları isə 800-1500 manat arası məvacib alırlar.

Qeyd etmək lazımdır ki, bu dövlət strukturları arasında ən yüksək rəsmi məvacibdir. Rüfət Aslanlının və onun iki müavininin məvacibinə ildə 2 milyon manat sərf edilir.

Maliyyə bazarlarına nəzarət palatasının rəhbərinin məvacibi ölkə prezidentinin məvacibindən bir neçə dəfə, ümumi əmək haqqından isə 130 dəfə çoxdur.

Mənbə: Moderator.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *