Sərnişinlərə təyyarəyə narkotik keçirməyə icazə verildi
Kanadada sərnişinlərə təyyarənin göyərtəsinə çətənə bitkisindən alınan narkotiklərin (marixuana və həşiş) keçirilməsinə icazə verilib.
Oxu.Az “Newshub”a istinadla xəbər verir ki, sərnişinlər təyyarədə 30 qrama qədər çətənə apara bilərlər. Lakin bu yenilik yalnız daxili reyslərə şamil olunacaq.
Eyni zamanda təyyarənin göyərtəsində narkotiklərdən istifadə qadağan edilib.
Qeyd edək ki, bu ilin iyununda Kanada senatı marixuananın alışı və istifadəsini leqallaşdırıb.
Mənbə:> Oxu.Az