Nazirlik işçisinin çətənə plantasiyası varmış » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Nazirlik işçisinin çətənə plantasiyası varmış

Nazirlik işçisinin çətənə plantasiyası varmış


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşından narkotik və silah götürülüb.

Balakən rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, polisə ETSN-nin Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında narkotik tərkibli bitkilərin aqrotexniki qaydada əkilməsi barədə məlumat daxil olub. Məlumat əsasında keçirilən tədbirlər nəticəsində dolayın ərazisindəki dörd müxtəlif sahədə küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olmaqla, ümumi sayı 781 ədəd çətənə kolları yığılıb, həmçinin qurudulmaq üçün sərilmiş 25,75 qram marixuana və 10 kq yaş halda marixuana götürülüb.

Məlum olub ki, çətənə kollarını rayonun Mahamalar kənd sakini, 1971-ci il təvəllüdlü Arif Tacəddin oğlu Fəxrayev və onun həmkəndlisi, 1963-cü il təvəllüdlü Seyfəddin Sədrəddin oğlu Həmzətov əkib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Arif Fəxrayevin yaşadığı evin hamamından 277 qram qurudulmuş marixuana, yaşadığı evdən isə sənədsiz nömrəsi A 16505 olan 32 çaplı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Məlumatda həmçinin bildirilir ki, saxlanılan Arif Fəxrayev Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında nəzarətçi işləyir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *