Zaqatalada narkotik əkən keçmiş polisi tutdular » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Zaqatalada narkotik əkən keçmiş polisi tutdular

Zaqatalada narkotik əkən keçmiş polisi tutdular


Zaqatalada keçmiş polis əməkdaşı polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *