Nurməhəmmədov – Makqreqor döyüşünə necə baxaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Nurməhəmmədov – Makqreqor döyüşünə necə baxaq?

Nurməhəmmədov – Makqreqor döyüşünə necə baxaq?


Bütün dünyanın diqqət mərkəzi sabah ABŞ-ın Las Veqas şəhərində olacaq.

Oxu.Az xəbər verir ki, yüngül çəkidə rusiyalı məğlubedilməz UFC çempionu Həbib Nurməhəmmədovla Konor Makqreqor ən güclünün kim olduğunu müəyyənləşdirməyə çalışacaq.

Bəs görəsən, bu görüşü ölkəmizdə necə izləmək olacaq? Görüşü Azərbaycan telekanallarından “CBC Sport” yayımlayacaq. UFC görüşlərinin yayım hüqüquna malik olan kanal sabah 05:58-dən etibarən yayıma başlayacaq.

Bundan başqa, qonşu ölkələrdən Rusiyanın “Matç! Boyets” və Türkiyənin “S Sport+” telekanalları da bu döyüşü göstərəcək.

Bu görüşün ilkin olaraq Bakı vaxtı ilə 08:30-da başlayacağı gözlənilir. Lakin digər dörd görüş daha erkən başa çatarsa, bu döyüş daha erkən başlaya bilər.

Qeyd edək ki, bu görüşdən əvvəl qadınlarda Mişel Vatersonla Felis Heriq, ağır çəkidə Derik Luislə rusiyalı Aleksandr Volkov, yarımağır çəkidə Haiti mənşəli Ovins Sent Prö ilə Dominik Reyes və yüngül çəkidə Toni Ferqyusonla Antoni Petis qarşılaşacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *