Makqreqor və Nurməhəmmədov arasında gərginlik » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Video

Makqreqor və Nurməhəmmədov arasında gərginlik – VİDEO

Makqreqor və Nurməhəmmədov arasında gərginlik


İrlandiyalı döyüşçü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovu vurmağa çalışıb.

Oxu.Az xəbər verir ki, bu, çəkiölçmə mərasimində baş verib.

Şou hərəkətləri və daha çox rəqibi qıcıqlandırması ilə tanınan Makqreqor yenə ənənəsindən əl çəkməyib.

Belə ki, o, Nurməhəmmədovun əlindən vurub və ona təpik atmağa çalışıb. Lakin yenə Nurməhəmmədovu qıcıqlandırmaq mümkün olmayıb.

Çəkiölçmə mərasiminə gəlincə, hər iki idmançının yüngül çəkisi olduğu müəyyənləşib. Nurməhəmmədov 70,3 kq, Makqreqor 70,1 kq olub.

Əgər hər iki idmançıdan birinin çəkisi ağır olsaydı, onların yerinə rinqə amerikalı Toni Ferqyuson çıxacaqdı.

Qeyd edək ki, ABŞ-ın Las Veqas şəhərində keçiriləcək bu görüş Bakı vaxtı ilə sabah təxminən saat 08:00-da başlayacaq.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *