Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu – FOTO

Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu

Taylanda polisi Maxi Vaçiralonqkornun ağ topda və yay ayaqqabısında olan şəklini sosial şəbəkələrdə paylaşan britaniyalı jurnalist Endryu Makqreqor Marşallın həyat yoldaşı polis bölməsinə çağırılıb.

Oxu.Az Life-a istinadən xəbər verir ki, şəkilləri alman nəşri “Bild” istifadə edib, Marşall isə bu materialın skrinşotunu “Tvitter”də yerləşdirib.

Bundan sonra polis onun həyat yoldaşı Noppavanı, Banqkoka səfəri zamanı saxlayıb. Qadın dindirilib, daha sonra evində axtarış aparılıb. Bir neçə saat polis bölməsində keçirdikdən sonra Noppavanı buraxıblar.

Daha sonra Banqkokun polis nümayəndəsi qadının məhz ərinin “monarxı təhqir edən” şəkilləri dərc etdiyi üçün saxlanıldığını təsdiq edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, şəkillər saxtadır. Yerli qanunlara görə, monarxiyanın təhqir edilməsi 15 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır.

Bu zaman Honkqokda olan Marşall bəyan edib ki, həyat yoldaşı günahsızdır və heç bir zaman onun peşəkar fəaliyyətində iştirak etməyib.

Endryu Makqreqor Marşall monarxiyanı və ölkənin hərbi hakimiyyətini tez-tez tənqid edir. O ailəsi ilə 2011-ci ildən Taylandda yaşamır.

Sosial şəbəkə istifadəçiləri şəklin saxta və ya köhnə ola biləcəyini qeyd ediblər.

Belə ki, şəhzadənin Almaniyaya gələrkən yanında gətirdiyi it 2015-ci ildə ölüb. Maxi Vaçiralonqkornun aviasiya marşalı adını verdiyi həmin pudelin adı Fu-Fudur.
Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu

Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu

Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu

Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu

Taylandda şəhzadənin şəklinə görə jurnalistin ailəsi təqib olundu

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *