Duzun bilmədiyiniz 10 faydası » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Duzun bilmədiyiniz 10 faydası

Duzun bilmədiyiniz 10 faydası


Duz yalnız yeməklərimizə dad qatmır. Duzun həm də bilmədiyiniz faydaları var.

AzNews.info axşam.az-a istinadən həmin faydaları təqdim edir:

1. Qapı girişlərinə və parketin boş yerlərinə duz töksəniz qarışqaların gəlməsinin qarşısını almaq olar;
2. Qoltuqaltında yaranan tər ləkələrindən xilas olmaq üçün isti suya 4 qaşıq duz atın və paltarlarınızı bu qarışıq ilə yuyun;

3. Duz qan ləkəsinə qarşı da olduqca təsirlidir. Soyuq duzlu suyu qan ləkəsi olan hissəyə tökün sonra ilıq su ilə yuyun;

4. Duz, karbonat (soda) və bir az su qarışdırıb dişlərinizi fırçalasanız, bəyazlaşdığını görəcəksiniz;

5. Masadakı su ləkələrinin üzərinə duz və zeytun yağı qarışığı töküb ovsanız, ləkələr gedəcək;

6. Qazandakı yağ və kif ləkələrinə duz və bir neçə damcı limon suyu töküb təmizləsəniz ləkələrin tez bir zamanda təmiz olacaq;

7. Soyuducunu su, duz və karbonat (soda) qarışığı ilə təmizləsəniz, soyuducunun pis qoxulardan xilas olduğunu görəcəksiniz;

8. Yağ yapışan tavalara duz töküb kağız dəsmal ilə təmizləyin;

9. Qırmızı şərab tökülən yerə dərhal duz tökün. Ardından soyuq su ilə yuyun, duz şərabın böyük qismini təmizləyəcək;

10. Davamlı qəhvə hazırladığınız çaydanın içinə duz və buz qoyub çalxalayın, tərtəmiz olduğunu görəcəksiniz.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *