Dişləri evdə ağart
Dişlərin saralmasına səbəb olur: kofe, kakao, çay, rəngli şirələr, qazlı sular, siqaret, yağlar, bəzi minerallar, ftoru çox olan sular, eləcə də dişlərin plomblanması.
AzNews.info axşam.az-a istinadən ev şəraitində dişlərinizi ağarda biləcəyiniz maraqlı məsləhətlər təqdim edir:
Dişləri limon qabıqları ilə sürtmək xeyirlidir. Bu zaman saralan dişin ağaracağını görəcəksiniz.
Tənzifin arasına soda və ya çay qumu töküb, dişləri səhər-axşam silmək lazımdır. Bu da onları ağartmanıza kömək edəcək.
Kimlər dişini ağarda bilməz?
Parodontoz xəstəliyi, kariyeslə zədələnmiş dişləri olanlar;
Qabaq dişlərində "koronka" və ya plobm olanlar;
Hamilə qadınlar və 16 yaşı tamam olmamış yeniyetmələr.
Mənbə:> Axşam.az