Sumqayıtda komada olan xəstənin qızıl dişləri oğurlanıb? » AzNews.info -Xəbər portalı

Sumqayıtda komada olan xəstənin qızıl dişləri oğurlanıb? – İDDİA

Sumqayıtda komada olan xəstənin qızıl dişləri oğurlanıb?


Bu günlərdə insult keçirən vətəndaş İ.Q. (ad açıqlanmır - red.) Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Verilən məlumata görə, xəstə bir neçə gün koma vəziyətində olub.

Onun yaxınları Sumqayıt xəstəxanasında xəstəyə baxılmadığını və reanimasiyada olan xəstənin boğularaq halının pisləşdiyini görüb. Burda müalicənin yaxşı getmədiyini nəzərə alaraq İ.Q.-nı dərhal Bakıya - Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.
MKX-da reanimasiya şöbəsinə köçürülən xəstə komadan ayıldığı zaman, həyat yoldaşı Q.Q. onun yanına buraxılıb. Xanımı həyat yoldaşının ağzında qızıl dişlərinin olmadığını gördükdə, məlum olub ki, xəstənin qızıldan olan dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında 3 gün qaldığı reanimasiya şöbəsində oğurlanıb.
Xəstənin qohumları bu hadisədən çox hiddətlənərək lazımi orqanlara müraciət edəcəklərini qeyd edib.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *