Qusarda ana və iki azyaşlı övladı itkin düşüb – FOTO
Qusar rayonunda ana və iki azyaşlı övladı itkin düşüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qusar şəhər sakini Hacıyev Navai Qiyafəddin oğlu polisə ərizə ilə müraciət edərək həyat yoldaşı, 1986-cı il təvəllüdlü Mamedova Xəyalə Xanmusa qızının azyaşlı övladları - 2008-ci il təvəllüdlü Hakim Hacıyev və 2010-cu il təvəllüdlü Nərmin Hacıyeva ilə birlikdə itkin düşdüyü barədə məlumat verib.
Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, iyunun 17-dən yoxa çıxan şəxslərin yerini müəyyən etmək mümkün olmayıb.
Mamedova Xəyalə Xanmusa qızının əlamətləri: boyu 160 sm, qara rəngdə qısa saçları, uzunsifət, orta bədən quruluşlu, dişləri taxma olaraq sarı rəngində olan adi metaldan, uzun kiprikləri, qarabəniz, sol yanağında xalı var. Evdən çıxarkən əynində qısaqol don, ayağında cins parçadan olan idman ayaqqabısı olub.
Hacıyev Hakim Navai oğlunun əlamətləri: boyu 130 sm, sarı qısa saçları, mavi gözləri, yumrusifət, ağbəniz, sol qolunda və sinəsində qara rəngdə çox sayda xal var. Evdən çıxarkən əynində tünd göy rəngdə cins şalvar, uzunqol ağ-qara zolaqlı jaket, ayağında qara rəngdə idman ayaqqabısı olub.
Hacıyeva Nərmin Navai qızının əlamətləri: boyu 100 sm, qara gözləri, qara uzun kiprikləri, ağbəniz yumrusifət, qabaq alt və üst çənədə bütün dişləri çürüyüb.
Bu şəxslər barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19, (050) 319 -68-86 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.
Mənbə:> Oxu.Az