"Narkotikə qurşandım..." - Azərbaycanlı musiqiçi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

"Narkotikə qurşandım..." - Azərbaycanlı musiqiçi – VİDEO

"Narkotikə qurşandım..." - Azərbaycanlı musiqiçi


ARB TV-nin "Rezonans” proqramında bu dəfə musiqiçi məhkum Ceyhun Talıbovun həyatından danışılıb.

Azxeber.com xəbər verir ki, 12 illlik azadlıqdan məhrum edilən musiqiçi sualları cavablandıraraq bunları deyib:

"Masallıda anadan olmuşam. Doğulandan nağarayla doğulmuşam. Rusiyada biraz yaşadım, sonra atamın ölüm xəbəri gəldi qayıtdım. Evliyəm, bir oğlum da var. Özümün səhvindən çətinliklər oldu. Elə bilirdim ki, mən düzəm. Yolumu azdım. Narkotikə qurşandım, məni gündə öldürürdü. Sonra tutuldum. Atam onda sağ idi. Çıxanda həbsdən heç nəyi başa düşmədim. Ondan da pis uçuruma getdim. Narkotiki aldım, istifadə etmək istəyəndə polislər tutdu. Mühit böyük rol oynayır. Birin tutub döymüşdüm, pulunu almışdım. Onda da özümdə deyildim. Bu davadan sonra gedib şikayət edib. Qəsəbədə məni tutdular. 10 il azadlıqdan məhrum etdilər.

Toylara məni çox aparmırdılar. Alətlərimi də satmışdım. Toy olanda uşaqlardan götürürdüm nağaranı. Uşağımı bir dəfə görüşə göndəriblər.

Atamı da çox incitmişəm. Atamı muflis etmişəm. Allahın qarşısında necə cavab verəcəm bilmirəm. İndidən məni vahimə basıb. Çox böyük günahlar etmişəm. Şeytanı axtarırdım, güzgüyə baxanda bildim ki, sən demə, şeytan özüməm. Buna qismət kimi baxıram”.


Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *