Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək? (QİYMƏTLƏR) » AzNews.info -Xəbər portalı

Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək? (QİYMƏTLƏR) – VİDEO + FOTO

Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək? (QİYMƏTLƏR)


Ötən gün Kaliforniyada Stiv Cobs teatrında "Apple" şirkətinin yeni məhsullarının təqdimat mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, bir müddət əvvəl dünyanın ən bahalı şirkəti seçilən "Apple" iPhone smartfonlarının 3 yeni modelini (Xs, Xs Max və X r) və iWatch 4s-i təqdim edib. Gözləniləndən fərqli olaraq iPhone nədənsə 9 modelini istehsal etməyib. Tim Kukun dediyinə görə modellər xs (ikses) deyil, (ten es) kimi tələffüz olunur.

Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək? (QİYMƏTLƏR)


Telefonların 3-ü də bir-birinə, üstəlik də ötənilki iPhone X modelinə bənzəyir. Smartfonlarda, sadəcə, cüzi dəyişikliklər edilib. Bu modellərdə "home button" adlanan düymə yoxdur. Bu modellər üçün maksimum yaddaş 512 gb-dır.

Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək? (QİYMƏTLƏR)


Yeni iPhone Xr adlanan büdcəli model çıxarılıb ki, funksionallığı çox, qiyməti isə, digərlərinə nisbətən ucuzdur. LCD ekranla təchiz olunub. Qırmızı, sarı, göy, qara və ağ rəngləri var. Bu, iPhone-nun 5c modelini xatırladır.

Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək? (QİYMƏTLƏR)


iPhone Xs və Xs Max modellərinin arxa tərəfində iki kamera var. Kameraların hər biri 12 meqapikseldir. Ön kamera isə 7 meqapikseldir. Xs modeli X-dən yarım saat, XS Max isə 1 saat çox enerji saxlaya bilir. Hər iki modelin ekranı OLED-dir.



Bu il iPhone modelləri üçün yeganə təqdir olunacaq üstünlük, ilk dəfə olaraq iki nömrənin bir telefonda istifadə edilə bilinməsidir. Belə ki, artıq iPhone-də iki nömrədən istifadə etmək olacaq. Nömrələrdən biri adi simkart, digəri isə elektron sim kart şəklindədir. Elektron simkart isə hazırda, sadəcə, məşhur ABŞ operatorlarında mövcuddur.



Modellər Bakıya gələn ayın ortalarında gətiriləcək. Köhnə modellərin qiymətində isə cüzi endirim olacaq.

Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək? (QİYMƏTLƏR)


Qiymətlər 800 dollardan başlayıb, 1300 dollara qədər bahalaşır.

iWatch 4s-in ekranı əvvəlki modelə nisbətən 30 faiz böyükdür. Saatın arxası qara keramikadan hazırlanıb. Yeni modeldə yuxu rejimini ölçmə cihazı və ürəkdöyüntülərini hesablama qurğusu daha da təkmilləşdirilib. 64-bit dual core prosessora malikdir. Bu da sürətin iki dəfə artıq olacağını deməyə əsas verir.

Hətta, iWatch o qədər "ağıllı"dır ki, siz yıxıldığınız zaman hiss edəcək və bir dəqiqədən artıq hərəkətsiz qalsanız, təcili tibbi yardım xidmətinə zəng edəcək. Saatda kardioqramma ölçən də quraşdırılıb.

Milli.Az iPhone modellərinin əldə ilk görüntülərini təqdim edir:

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *