Ən nazik “iPhone” satışa çıxır » AzNews.info -Xəbər portalı

Ən nazik “iPhone” satışa çıxır – VİDEO+FOTO

Ən nazik “iPhone” satışa çıxır


Bu gün ABŞ-da Apple şirkəti “iPhone 6s”in təqdimat mərasimi keçiriləcək.

ANS PRESS-in məlumatına görə yeni modelin təqdimat mərasimi canlı yayımla dünyaya nümaiş etdiriləcək.

Yeni “iPhone 6s”in digərlərindən fərqli olaraq daha çox texniki imkanlara sahib olduğu iddia edilir.

“KGI Security” araşdırma şirkətinin iddiasına görə yeni model telefon "Apple" şirkətinin istehsal etdiyi ən nazik "iPhone" olacaq. Onun qalınlığının 6 - 6.5 mm arasında olduğu deyilir.

Hazırda satışda olan “iPhone”- 6.9-7.1 mm qalınlığındadır. Yeni telefonun üstünlüklərindən biri isə səs komandalarına daha geniş yer verilməsidir.

Ən nazik “iPhone” satışa çıxır
Ən nazik “iPhone” satışa çıxır
Yeni model “iPhone 6s”

“iPhone 6s”in daha keyfiyyətli videokamerası və möhkəm üz qabığı (alimenium) ilə özündən əvvəlkilərə meydan oxuyacağı iddia edilir. Yeni modeldə iOS 9 –un təkminləşdirilmiş funksiyalarından istifadə ediləcək.

“iPhone 6s”ın əsas rəqibləri isə avqust ayında Cənubi Koreya “Samsung” şirkətinin təqdim etdiyi Galaxy Note 5 və Galaxy S6 edge Plusdur.

"Apple" şirkəti ilk “iPhone”modelini 2007-ci ildə müştərilərinə təqdim edib. 8 il ərzində 6 milyondan çox “iPhone” satılıb.

2014-cü ilin sentyabrında satışa çıxarılan “iPhone 6” və “iPhone 6 Plus” modelləri doqquz ay ərzində şirkətə 183 milyon dollar gəlir gətirib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *