“Apple” iPhone Xs təqdim etdi
“Apple” şirkəti keçirdiyi təqdimatda iki yeni iPhone nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, iPhone Xs и iPhone Xs Max smartfonları görünüş baxımından iPhone X kimidir.
Yeni iPhone üç rəngdə olacaq: ağ, qara və qızılı.
Yeni smartfon diaqonalı 5,8 düym və icazəsi 2436х1125 olan OLED displeyə malikdir.
Mənbə:> Oxu.Az