“Apple”dən növbəti inqilab: “iPhone 8” şüşə örtüklə dizayn olunacaq » AzNews.info -Xəbər portalı

“Apple”dən növbəti inqilab: “iPhone 8” şüşə örtüklə dizayn olunacaq

“Apple”dən növbəti inqilab: “iPhone 8” şüşə örtüklə dizayn olunacaq


“Apple” gələn il 3 fərqli ekran ölçüsünə sahib “iPhone 8” modeli tanıdacaq.

Aznews.info Technote.az-a istinadən xəbər verir ki, “Apple” hələ yeni “iPhone 7” modelini tanıtmağa başlarkən Tayvanda yerləşən “Nikkei” adlı veb-sayt önümüzdəki il nümayiş olunacaq “iPhone 8” modelləri ilə əlaqədar ciddi iddialar ortaya qoyub.

İddia olunur ki, yeni modellər 4,7 və 5,5 inçlik ekran ölçüləri öz ənənələrinə sadiq qalacaq. Bundan əlavə, başqa bir 5 inçlik model də tanıdılacaq. 4,7 və 5 inçlik modellərdə LCD ekranın yer alacağı haqda məlumat verən sayt, 5,5 inçlik modelin OLED ekrana sahib olacağını açıqlayıb.

Veb-sayt yazır ki, “iPhone 8” modelləri bütünlüklə şüşə örtük ilə dizayn olunacaq. Bu texnologiya Çin mərkəzli “Lens Texnology və Biel Crystal Manufactory” tərəfindən həyata keçiriləcək.

“iPhone 8” modelinin tanıtımına 10 aydan çox vaxt qalmasına baxmayaraq, “Apple”in yeni modeli haqda xəbərlər gəlməkdədir. Digər tərəfdən bu modellər haqda məlumatların yayılması şirkətin yeni cihazlarına marağın çox olduğunu sübut edir.

“iPhone” həvəskarları isə “Apple”in yeni cihazlarının həm dizayn, həm də proqram təminatı baxımından istifadəçiləri sevindirəcəyinə ümid edir.

Mənbə: Technote.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *