“Apple” “iPhone 4”-dən imtina edir
Şirkət bəyan edib ki, köhnə qurğuların istehsalı baha başa gəlir.
“Apple” şirkəti “iPhone 4” smartfon modelinin və “iPod Classic” portativ media pleyerinin proqram dəstəklənməsini sentyabrın 13-dən etibarən rəsmən dayandıracaq.
AzNews.info-nun məlumatına görə, Fins.az “polit.ru” resursuna istinadən xəbər verir ki, bununla bağlı qərar mobil qurğuların sayının artması, eləcə də texnologiyaların gündəlik yenilənməsi ilə əlaqədar qəbul edilib.
“Apple” nümayəndələrinin sözlərinə görə, köhnə qurğuların istehsalının baha olmasına görə onları dəstəkləmək iqtisadi baxımdan sərfəli deyil.
Qeyd edək ki, “iPhone 4” və “iPod Classic” qurğularının istehsalı beş il əvvəl dayandırılıb.
Hazırda “Apple” qurğuların təmirini qanunauyğun olaraq daha 2 il müddətinə yalnız Kaliforniyada həyata keçirəcək.
Mənbə:> Fins.az