Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Foto

Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq – FOTO

Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq


Avqustun 14-də bir qrup maarifçi gənclərin səyləri nəticəsində ərsəyə gələn “Gələcəyi kodlaşdır” (Code for Future) təşəbbüsünün ilk layihəsinə start verildi. İlk olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilərə kodlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar.

AzNews.info xəbər verir ki, ölkənin qabaqcıl tədris müəssisələrindən olan birinin dəstəyi ilə başladılan layihədə 6-15 sentyabr 2018-ci il tarixlərində əksəriyyəti qızlar olan seçilmiş 45 köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris düşərgəsinin (bootcamp) keçirilməsi planlaşdırılır.

Təcrübəli müəllimlərlə yerli İKT müəllimlərini bir araya gətirən layihənin hədəflərindən biri də köçkün məktəblərinin bu sahədə tədris potensialının gücləndirilməsidir.

Layihədə iştirak edəcək şagirdlər sentyabr ayın əvvəlində müsabiqə yolu ilə seçiləcək. Seçilmiş şagirdlərə peşəkar təlimçilər 10 gün ərzində intensiv kodlaşdırma öyrədəcəklər. Təlim zamanı fərqlənən iştirakçıların kompüter və mobil telefon kimi dəyərli hədiyyələr və “müvafiq təhsil almaq imkanı əldə edəcəklər.

Layihənin açılış mərasimində iştirak edən yerli icra hakimiyyəti orqanı nümayəndələri, müəllim və valideynlərə proqram barədə geniş məlumat verildi. “Gələcəyi kodlaşdır” komandasının rəhbəri Xalisə Şahverdi yerli məktəb şagirdlərini bu proqramda iştirak etməyə və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmanı öyrənməyə səslədi.
“Gələcəyi kodlaşdır” proqramı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.
Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan “Gələcəyi kodlaşdır” layihəsində iştirak pulsuzdur.


Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *