Mikayıl Cabbarov müəllim axtarır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Mikayıl Cabbarov müəllim axtarır

Mikayıl Cabbarov müəllim axtarır


2015-2016-cı tədris ilində ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, boş qalan və müsabiqə prosesində yeni yaranmış 1468 vakant yerə əlavə yerləşdirmə elan edilib.

Oxu.Az Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, cari ildə müsabiqədən sonra ümumi təhsil müəssisələrində qalan vakant yerlərin tutulması sahəsində yeni yanaşma tətbiq edilib. Belə ki, ixtisaslı müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilməsi nəzərdə tutulub.

Əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu 3 sentyabr 2015-ci il tarixdən başlanacaq və 6 sentyabr 2015-ci il tarixdə saat 15:00-da başa çatacaqdır. Əlavə yerləşdirmədə iştirak etmək üçün namizədlər öz “Şəxsi səhifə”lərinə daxil olmaqla 8-dək vakant yer seçə bilərlər.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan namizədlər 7 sentyabr 2015-ci il tarixdə saat 14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar.

Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *