Prokuror olmaq istəyənlərin nəzərinə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Prokuror olmaq istəyənlərin nəzərinə

Prokuror olmaq istəyənlərin nəzərinə


Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub.

Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir.

Bildirilir ki, Azərbaycan Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqəyə yekun vurulub.

Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 25 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplayıb.

Gənc hüquqşünasların prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu respublikada reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olub.

Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 57 faizini təşkil edir.

Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərməklə, onların bir hissəsi yuxarı təsnifatlar üzrə, o cümlədən, rəhbər vəzifələrə irəli çəkiliblər.

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 27 avqust 2015-ci ildən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və “Qəbul otağı”nda yerləşdirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *