Daxili İşlər Orqanlarına qəbul olmaq istəyənlər üçün imtahan vaxtı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Daxili İşlər Orqanlarına qəbul olmaq istəyənlər üçün imtahan vaxtı

Daxili İşlər Orqanlarına qəbul olmaq istəyənlər üçün imtahan vaxtı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il martın 1-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

Oxu.Az-ın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, imtahan saat 11:00-da Bakı Qızlar Universitetində (ünvan: M.Sənani küçəsi, 14) olacaq və 3 saat davam edəcək. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunur.

Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırığıdır. Pedaqoji istiqamət üzrə imtahan verən namizədlərə isə 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual psixologiya, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlərdir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

Sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri “Mübariz Keşikdə” qəzetində, digər Kütləvi İnformasiya Vasitələrində, ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunub, DİN-in rəsmi internet saytında yerləşdirilib.

Sənədlərin qəbulu 2014-cü il noyabrın 24-dən dekabrın 24-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 124 nəfəri pedaqoji, 83 nəfəri isə hüquq istiqaməti üzrə sənəd verib.

Namizədlərə test imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” fevralın 24-dən təqdim olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *