Bakı-Quba yolunda qəzada tanınmaz hala düşən fəhlə öldü
Bakı-Quba yolu gecə saatlarında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə magistral yolun 20-ci km-də, Abşeron rayonu ərazisində qeydə alınıb. Müəyyən edilib ki, sürücü Məmmədov Rahil Adil oğlu taksi qismində idarə etdiyi “Daewoo” markalı minik maşını ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdəymiş. Dediyinə görə, onun avtomobilində sərnişinlər də olub. Yol boyu yolların işıqlandırılması normal olsa da, məhz piyadanın vurulduğu nöqtə qaranlıq olub. Bu da görünməni çətinləşdirib.
Avtoqəza zamanı dünyasını dəyişən şəxsin kimliyi hələlik bilinmir. Onun təxminən 25-30 yaşlarında olduğu deyilir. Şahidlərin sözlərinə görə, mərhum yaxınlıqda fəhlə işləyirmiş və hər gecə eyni yolla evinə gedirmiş. Yolun qaranlıq olmasına gəlincə, bu məqam ətrafda yaşayan sakinləri də narahat edən əsas məsələ idi.
Yol qəzasının dəqiq hansı şəraitdə baş verməsi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırılır. Mərhumun meyiti müayinə olunması və şəxsiyyətinin dəqiqləşdirilməsi üçün məhkəmə tibb ekspertizasına göndərilib.
Məlumat üçün bildirim ki, hadisədən sonra meyit tanınmaz hala düşüb.
Mənbə:> ANSPRESS