150 nəfəri öldürəndən daha bir xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

150 nəfəri öldürəndən daha bir xəbər

150 nəfəri öldürəndən daha bir xəbər
Almaniya prokurorları bildiriblər ki, Alp dağlarında qəzaya uğramış təyyarənin ikinci pilotu Andreas Lubitz əziyyət çəkdiyi xəstəliyin təfərrüatlarını şirkət rəhbərliyindən gizlədibmiş.

ANS PRESS-in məlumatına görə, onlar həmçinin deyiblər ki, pilotun hərəkətlərinin arxasında dini və ya siyasi motivlərin durduğunu göstərən dəlillər yoxdur. Eləcə də o heç bir intihar məktubu qoymayıb.

Fransa rəsmilərinə əsasən çərşənbə axşamı qəzaya uğramış Germanwings təyyarəsinin ikinci pilotu təyyarənin idarəsini öz üzərinə götürərək enişə başlayıb. Belə görünür ki, o təyyarəni "məhv etmək istəyib", deyə rəsmilər bildirir.

Daha əvvəl xəbərlərdə deyilmişdi ki, Fransanın Alp dağları üzərində qəzaya uğramış Airbus 320 təyyarəsinin pilotlarından biri kabinəni tərk etdikdən sonra kilitlənmiş qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib.

Marsel şəhərinin prokuroru hadisə vaxtı ikinci pilotun kabinədə tək olduğunu bildirib.

BraysRobinin sözlərinə görə kapitan kabinəyə daxil olmağa çalışarkən "pilot kabinəsində tam süküt" olub və ikinci pilot bilərəkdən enişə başlayıb.

Martın 24-də 4U 9525 reysilə Barselonadan Düsseldorfa yollanan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 150 adam həlak olub.

Fransalı prokuror ikinci pilot - Andreas Lubitzin - son ana kimi sağ qaldığını bildirib.

Onun sözlərinə görə, sərnişinlər "ən son anadək" qəza barədə bixəbər olublar.

Germanwings şirkətinə məxsus təyyarə sərnişinləri arasında o cümlədən Almaniya, İspaniya, Avstriya, Türkiyə, Danimarka və Belçika vətəndaşlarının olduğunu bildirilib.

Lufthansa şirkətinin rəhbəri Karsten Spohr intensiv təlim keçən pilotun “uçuşa 100 faiz” hazır olduğunu və onu “dəhşətli addım”a sövq edən motivlər barədə heç bir izahata malik olmadığını deyib.

Karsten Spohr deyib ki, 6 il əvvəl Lubitzin təlimləri qısa müddətə dayandırılsa da "namizədin uyğunluğunun yenidən təsdiqlənməsi" ardınca bərpa olmuşdur.

Pilot kabinəsini tərk etmiş pilotlardan biri bağlı qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib, New York Times qəzeti adı açıqlanmayan təhqiqatçıya əsasən prokurorun açıqlamasından əvvəl yayımalanan məlumatında bu barədə bildirmişdi.
Uçuşun audio yazısını təhlil edən təhqiqatçı bildirib ki, pilotun qapını döydüyünə baxmayaraq ona cavab verən olmayıb.
"Bayırdakı kişi qapını döyür amma cavab yoxdur. Onun qapını daha möhkəm döyərək yerindən vurub sındırmağa çalışdığını eşitmək olar" - deyə audio yazını təsvir edən təhqiqatçı bildirib. .

Qeyd edək ki, Germanwings Almaniyanın Lufthansa şirkətinə məxsusdur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *