Bloger Mehman Hüseynovun anası vəfat etdi
Bu gün bloger Mehman Hüseynovun anası vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 71 yaşlı Firəngiz Hüseynova 3 həftə öncə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, 2017-ci ilin mart ayının 3-də Nəsimi rayon polisinin rəisi Musa Musayevin iddiası üzrə M.Hüseynov böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdi.
Mənbə:> Qafqazinfo.Az