Azərbaycanlı jurnalisti uçuş xəttində ölümıə üzləşdi – VİDEO
Azərbaycan telekanallarının birinin çəkiliş qrupu tərəfindən qandonduran bir çəkiliş sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb.
Azərbaycanın SBS kanalının reportyoru Elmira Musazadə bir anda məşhurlaşdı. Belə ki, o, aerodromda uçuş xətti üzərində reportaj hazırlayarkən böyük təhlükə ilə üzləşib. Havaya qalxan vertolyotlardan biri xanımı görməzlikdən gələrək, onun başı üzərindən, toxuna biləcək qədər yaxın məsafədən keçərək havaya qalxıb. Ətrafdakıların həyəcanına səbəb olan bu hadsədə xoşbəxtlikdən xəsarət alan olmayıb.
Mətbuatda isə bəziləri xanımın cəratindən, bəziləri isə yurnalistin həyatını yersiz təhlükəyə atmaq riskindən danışılır.
Həmin videonu sizə təqdim edirik:
Mənbə:> AzNews.info