Parisdə rus jurnalisti belə vurdular – VİDEO
Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı Rusiya telekanalının jurnalisti çətin anlar yaşayıb.
Axar.az İnforesist-ə istinadən xəbər verir ki, “Raşa Tudey”in müxbiri Anna Baranova mitinqdən reportaj hazırlayarkən etirazçılardan biri onun dəbilqəsinə vuraraq oradan uzaqlaşıb.
Sözügedən video sosial şəbəkələrdə böyük etiraza səbəb olub.
Xatırladaq ki, Fransada əmək qanunvericiliyində islahatlara qarşı etiraz aksiyaları və tətil keçirilir.
Mənbə:> Axar.az